Azərbaycanın avtomatik qapı istehsalçısı
PremiumDoor 2019-cu ildən Bakıda fəaliyyət göstərir və avtomatik qapı sistemlərinin istehsalı, satışı, quraşdırılması və servisi üzrə ixtisaslaşıb. Alüminium Premium Jalüz profilləri, fotoselli sürgülü şüşə qapılar, RollMatic 110 polad kepenk, Full Vision şəffaf panjur və PR-BR roll-up qapı öz istehsalımızdır. Bunlarla yanaşı sənaye qapıları, seksional qaraj qapıları, darvazalar, motor sistemləri və şlaqbaumların quraşdırılmasını həyata keçiririk.
Yolumuz
2019
PremiumDoor Bakıda avtomatik qapı sistemləri üzrə fəaliyyətə başladı.
2021
Alüminium Premium Jalüz profillərinin öz istehsalı quruldu.
2023
Sənaye qapıları və şlaqbaum sistemləri üzrə iri obyekt layihələri.
2026
Bütün Azərbaycan üzrə istehsal, quraşdırma və texniki servis şəbəkəsi.
Niyə PremiumDoor
İş prinsipimiz
- Öz zavodumuzda istehsal — vasitəçisiz qiymət və keyfiyyət nəzarəti
- Obyektdə pulsuz ölçü və layihələndirmə
- Rəsmi zəmanət və zəmanətdən sonrakı servis
- Orijinal motor və avadanlıq təchizatı
- Qısa istehsal-quraşdırma müddəti
